Türkiyənin Elazığ vilayətində növbəti zəlzələ baş verib.
Bu barədə “tv100” xəbər yayıb.
Məlumata görə, vilayətin Sivricə rayonunda yerli vaxtla 12:35-də qeydə alınan yeraltı təkanlar 3,9 bal gücündə olub.
Xatırladaq ki, Elazığın Sivricə rayonunda ötən ay baş verən 6,8 bal gücündə zəlzələdə 31 sakin həyatını itirib, onlarla insan yaralanıb.