Çinin Hubey əyalətində yeni növ koronavirus 1068 nəfərin həyatına son qoydu.
“RİA Novosti” xəbər verir ki, həmçinin burada 33 366 nəfər virusa yoluxub, 2639 nəfər isə ondan sağalıb.
Qeyd etmək lazımdır ki, ötən gün ərzində əyalətdə 1638 nəfərin koronavirusa yoluxduğu qeydə alınıb.
Bunlardan 1104-ü xəstəliyin episentri sayılan Uhan şəhərində yoluxub.