Filippinin prezidenti Rodriqo Duterte ABŞ qoşunlarını dövlətin ərazisindən çıxaracaq.
“The Guardian”nın yaydığı xəbərə görə, ölkə başçısı ABŞ hərbçilərinin Flippin dövlətinin ərazisində yerləşməsi ilə əlaqədar 1998-ci ildə bağlanmış müqaviləni ləğv etmək qərarına gəlib.
Bu barədə bildiriş ABŞ-ın Maniladakı səfirliyinə göndəriləcək və göndəriləndən 180 gün sonra qüvvəyə minəcək.
Bununla yanaşı, ABŞ-la Filippin arasında hərbi sahədə qarşılıqlı əməkdaşlıqla bağlı razılıq qüvvədə qalır.