Rusiyanın Tümen vilayətində erməni əsilli avtoritet Pavel Kolozyan öldürülüb. Onun başından güllələndiyi bildirilir.
Bu barədə Ren.tv xəbər yayıb.
Hazırda onun ölüm səbəbi araşdırılır. Ancaq onun qohumları Kolozyanın çoxdan “əyri yolla getdiyini” bildiriblər.
Qeyd edilir ki, bir müddət əvvəl o, “Kristal” ticarət mərkəzində silahdan atəş açmışdı. Həmin vaxt bir nəfər yaralanmışdı.