Rusiya Dövlət Dumasının hakim “Yedinaya Rossiya” Partiyasından olan deputatı Ayrat Xayrullin helikopter qəzasında həlak olub.
Median.Az xəbər verir ki, Xayrullinlə birlikdə helikopterdə olan köməkçisi və pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.
Ayrat Xayrullin 2007-ci ildən Dövlət Dumasının bir neçə çağırış deputatı seçilib. Dumanın Aqrar məsələlər komitəsinin sədr müavini olub. A.Xayrullin Rusiyanın zəngin şəxslərindən biridir. 2019-cu ildə “Forbes” jurnalı onun varidatını 158,88 milyon rubl qiymətləndirib.