“Boeing 737 Max”larda yeni problem aşkarlanıb.
“Spiegel.de”nin xəbərinə görə, son zamanlar “Boeing 737 Max”larda çoxlu problem yaranıb və qəzalar baş verib.
“Boeing 737 Max”ın sınaq uçuşları zamanı uçuş bucağını sabitləşdirmək üçün trim sistemi ilə əlaqədar xəbərdarlıq işığı yanıb.
Səbəb isə uçuş idarəetmə kompüterləri arasında məlumat ötürülməsində olan problemlərdir.
Xəbərdarlıq işığının gələcəkdə düzgün işləməsi üçün proqram yenilənməsi həyata keçiriləcək.
Qeyd edək ki, ötən il “Boeing 737 Max” təyyarələrinin qəzalarında 346 nəfər ölüb. Bundan sonra şirkətin nüfuzu aşağı düşüb.