Türkiyənin böyük şəhərlərində terror hazırlayanlar belə ələ keçdi - VİDEO
Türkiyənin Bursa vilayətində polis PKK/KCK terror təşkilatının üzvlərini həbs edib. Şübhəlilərin etirafından sonra onların gizlətdikləri partlayıcı maddə aşkarlanaraq müsadirə edilib.
Bu barədə “Haber7” məlumat yayıb.
Verilən məlumata görə, Bursa Vilayət Polis İdarəsinin əməkdaşları tərəfindən PKK/KCK terror təşkilatının üzvləri 31 yaşlı H.D. və 26 yaşlı F.K. saxlanılıb. İstintaq zamanı onların Nilufər rayonunun Çalı məhəlləsində meşəlik ərazidə partlayıcı basdırdıqları məlum olub. Axtarışlar zamanı 5.5 kiloqram partlayıcı maddə ələ keçirilib.
Hərtərəfli araşdırmadan sonra şübhəlilərə kömək edən daha iki nəfər - N.E. və B.K. Kocaeli və Antalya şəhərlərində saxlanılıblar.
Hadisə ilə bağlı təhqiqatlar davam edir. Polis terrorçuların başqa ərazilərdə də partlayıcı maddə basdırmaq ehtimalını araşdırır.
Qeyd edək ki, ötən gün Türkiyə Daxili İşlər Nazirliyi (DSİN) böyük şəhərlərdə terror aktı həyata keçirməyə çalışan iki terrorçunun 5,5 kiloqram partlayıcı ilə ələ keçirildiyini bildirmişdi. Beləliklə, PKK/KCK üzvlərinin terror planı Bursa polisinin uğurlu əməliyyatları sayəsində baş tutmayıb.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!