Almaniyada yeni növ koronavirusa yoluxanların sayı 13 nəfərə çatıb.
Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, Bavariyadan olan xəstələrdən birinin həyat yoldaşı da bu virusa yoluxub.
Bundan əvvəl bildirilib ki, Almaniyada virus daşıyıcılarından ikisi Çinin Uhan şəhərindən təxliyə edilən ölkə vətəndaşlarıdır, qalanları isə Bavariyada Çinlə əməkdaşlıq edən bir şirkətin əməkdaşlarıdır.