ABŞ-ın təklif etdiyi “Yüz ilin anlaşması” heç bir zaman həyata keçməyəcək.
“Haber Global”ın məlumatına görə, bu barədə İranın Ali dini lideri Ayətullah Əli Xamenei danışıb.
“Bu planla mübarizə üslubu: fələstinlilərin dirənişi və mübarizəsi, İslam dünyasının dəstəyidir. ABŞ fələstinlilərin əleyhinə həyata keçirməyə çalışdığı planın adını “Yüz ilin anlaşması” qoyaraq böyük bir iş etdiyini sanır. Hazırladıqları plana böyük bir ad qoyaraq uğurlu olacaqlarını zənn edirlər. Halbuki, etdikləri iş axmaqcasınadır və daha yolun əvvəlində zərərli olmağa başlayıb.
ABŞ-ın anlaşması Donald Trampdan əvvəl öləcək. Bu planlarının heç bir nəticəsi olmayacaq. Siz kimsiniz ki, başqa bir ölkənin xalqı və torpaqları haqqında qərar qəbul edirsiniz”, - Xamenei bildirib.