Bu ölkədə kişilərə saçlarını qara rəngə boyamaq qadağan edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Bu ölkədə kişilərə saçlarını qara rəngə boyamaq qadağan edilib

Türkmənistanın şərqindəki Lebap vilayətində dövlət təşkilatının 40 yaşdan yuxarı kişi işçilərinə saçlarını qara rəngə boytmaq qadağan edilib.

Bu barədə “Azatlık” xəbər yayıb.

Saçları boyamaqdan imtina etmək göstərişi fevralın 1-də məktəb, xəstəxana və digər büdcə müəssisələrinin işçilərinə verilib. Eyni zamanda, saçları təbii qara olanlardan boz saçları təqlid etmək tələb olunub. Qərar şifahi xüsusiyyət daşıyır.

Təşkilat rəhbərləri yeni tələbi çallaşmış saçlarını boyamaqdan vaz keçən prezident Qurbanqulı Berdmuhammedovun imicinin dəyişməsi ilə əlaqələndiriblər.

“Qurum rəhbərləri bildiriblər ki, Lebap vilayətinə Arxadağ (Berdmuhammedovun rəsmi titulu) gələrsə, onunla görüşə əsasən saçları ağarmış insanlar buraxılacaq”, - deyə Farap rayonunda işçilərdən biri deyib.

O da vurğulanır ki, yeni şifahi qərar insanlar tərəfindən narazılıqla qarşılanıb, çünki iki il öncə prezident saçlarını qara rəngə boyayanda, onlara qarşı da eyni tələb irəli sürülürdü.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 099 05.02.20 22:07