Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü "Əsrin müqaviləsi” planında İsrailin işğal etdiyi İordan çayının qərb sahillərinin bu ölkənin ərazisi kimi tanınması təklifini qəbul etmir.
Bu barədə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Jozep Borrelin yaydığı bəyanatda deyilir.
"Biz, xüsusən, İordan vadisinin və bu ərazinin qərb sahilində olan digər ərazilərin ilhaqından narahatıq. Avropa İttifaqı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beynəlxalq normaları və qətnamələrinə uyğun olaraq, İsrailin 1967-ci ildən sonra işğal etdiyi ərazilər üzərində suverenliyini tanımır” - deyə bəyanatda bildirilir.
oxu.az