Koronavirusa yoluxan qadın sağlam uşaq dünyaya gətirib.
EGNS-in xəbərinə görə, hadisə Xeylunçzyan əyalətinin Xarbin şəhərində baş verib.
Hamiləliyinin 38-ci həftəsində olan, koronavirusa yoluxaraq vəziyyəti pisləşən qadına həkimlər keysəriyyə əməliyyatı məsləhət görüblər.
Əməliyyat nəticəsində 3,05 kiloqram çəkidə qız uşağı dünyaya gəlib.
Həkimlər onun sağlamlığını Apqar şkalasına uyğun ən yüksək - 10 balla qiymətləndiriblər.
Yeni doğulmuş körpədən iki dəfə alınan analizlərin nəticəsinə görə, uşaqda koronavirus aşkar edilməyib.
Hazırda ana və körpəsi təcrid olunmuş palatada həkim nəzarətindədirlər.
Həkimlərin bildirdiyinə görə, ananın vəziyyəti yaxşılaşır.