Türkiyədə zəlzələ olub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Elazıg vilyətinin Sivrice rayonunda 4,5 bal gücündə qeydə alınıb. Hələlik dağıntılar və ya zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.
Xatırladaq ki, bu, Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda son günlər baş verən növbəti zəlzələdir. Yanvarın 24-də baş vermiş zəlzələ zamanı 40 nəfər ölüb, yüzlərlə insan xəsarət alıb.