Yanvarın 27-də Qəzni əyalətində qəzaya uğrayan təyyarənin Əfqanıstan ordusuna aid olduğu bildirilib.
Bununla bağlı “RİA Novosti” agentliyi Əfqanıstan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
* * * * *
Əfqanıstanın mərkəzi hissəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə “TOLO News” özünün “Twitter” səhifəsində bəyan edib.
Məlumata görə, faciə “Taliban”ın nəzarətində olan Qəzni əyalətində qeydə alınıb.
Təyyarə “Ariana Afghan Airlines” şirkətinə məxsus olub. İlkin məlumatlara görə, göyərtədə 83 nəfər var imiş.