Elazığda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib.
Median.Az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti mərhumların ailə üzvlərinə başsağlığı verib.
Daha sonra çıxış edən Ərdoğan insanları şayiələrə inanmamağa çağırıb.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.
Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.
Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.