ABŞ-ın “SpaceX” şirkətinin baş direktoru (CEO) Elon Musk minlərlə insanın Mars planetinə getmək arzusunu reallaşdırmaq üçün yeni layihə hazırlayıb.
Median.Az-ın məlumatına görə, layihə səyahətin pulunu ödəmək imkanı olmayan insanlar üçün kredit sisteminin yaradılmasını nəzərdə tutur.
Musk hesab edir ki, hər il yüz min immiqrant Qırmızı Planetə köçürülməlidir.
Marsa getmək istəyənlərə maddi yardım göstəriləcəyini və işlə təmin olunacağını bildirən şirkət rəhbərinin fikrincə, arzulayan hər kəsə Marsa getmə imkanı verilməli, hətta pulu olmayanlara kredit ayrılmalıdır.