İndoneziyada 6,0 bal gücündə zəlzələ olub.
Median.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Təkanlar Yeni Qvineya sahillərində meydana gəlib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.