Qazaxıstan yenidən soyuq hava silklonlarının əsarəti altına düşüb. Paytaxtdakı "Nursultan Nazarbayev" beynəlxalq hava limanında güclü fırtına səbəbindən 34 aviareys təxirə salınıb.
Median.Az Azərtac-a istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın Nur-Sultan-İstanbul, “FlyDubai” aviaşirkətinin Nur-Sultan-Dubay, “Lufthansa” hava yollarının Nur-Sultan-Frankfurt, “Aeroflot” hava yollarının isə Nur-Sultan-Moskva istiqamətində reysləri təxirə salınıb. Həmçinin qeyri-sabit hava şəraiti ilə əlaqədar nəqliyyatın bütün növləri üçün yollarda hərəkət bağlanıb. Paytaxt Nur-Sultanda qar yağıntısı və güclü çovğun başlayıb. Sinoptiklərin proqnozlarına görə, yaxın 3 gün ərzində güclü qar yağıntısı gözlənilir.