Avstraliyada yanğından qurtulan bir koala su içərkən boğularaq ölüb.
Median.Az Qərb mətbuatına istinadən xəbər verir ki, koala ona edilən səhv müayinə nəticəsində ölüb.
Xəbəri eşidən "heyvan qoruma dərnəkləri” Avstraliyada yanğından xilas olan canlılara edilən müdaxilələrə görə xəbərdarlıq edib. Onlar sosial media vasitəsi ilə açıqlama verərək, vətəndaşların pis niyyətli olmadığını lakin bilməyərəkdən heyvanlara zərər vurduqları bildirilib.
Yanğından xilas edilən heyvanlara suyun geniş qabda verilməsi tövsiyə edilib. Koalaya şüşə butulkada su verilməsi nəticəsində bilməyərəkdən öldürüldüyü məlum olub.
Əldə edilən məlumata görə Avtraliyada yanğın nəticəsində milyonlarla heyvanla yanaşı 28 insan həyatını itirib.