Tripolinin cənubunda Xəlifə Həftarın qoşunları tərəfindən həyata keçirilən minaatanlardan açılan atəş zamanı iki uşaq həlak olub.
“Anadolu” xəbər verir ki, bu barədə Liviya hökumət qüvvələri məlumat yayıb.
Minaatan mərmisi Ayn Zara rayonunda uşaqların olduğu evə düşüb.
Hökumət qüvvələri Həftar qoşunlarının 5 hərbçisini və bir neçə nəqliyyat vasitəsini məhv edib.