ABŞ-ın hava hücumu zamanı Bağdadda öldürülən iranlı general Qasım Süleymani dəfn edilib.
Haberglobal.com-un məlumatına görə, bununla bağlı İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, izdiham səbəbi ilə iki dəfə təxirə salınan dəfn gec saatlarda baş tutub.
Qeyd edilib ki, dəfn mərasimi İranın ABŞ-ın İraqdakı hərbi bazasına hücumla generalın intiqamının alınmasından sonra baş tutub.
Xatırladaq ki, izdiham zamanı 65 nəfər ölüb, 200-dən çox insan yaralanıb.