Qasım Süleymaninin öldürülməsinin gözlənilməz nəticələri olacaq.
Median.Az virtualaz.org-a istinadən bildirir ki, Çeçenistan lideri Ramzan Kadırov bunu Teleqram kanalında yazıb.
"ABŞ-ın hərəkətləri Yaxın Şərqdə gözlənilməz nəticələrə səbəb ola bilər. Heç kim buna laqeyd qala bilməz", - R.Kadırov bildirib.
General Q.Süleymani və "Əl-Qüds" briqadasının daha dörd yüksək rütbəli zabiti yanvarın 3-nə keçən gecə Bağdad aeroportu yaxınlığında ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.