Türkiyənin Fəthiyə bölgəsi sahillərində 15 miqrantın olduğu rezin qayıq batma təhlükəsi ilə üzləşib.
Median.Az Trend-ə istinadən bildirir ki, onların köməyinə sahil təhlükəsizlik qüvvələrinə məxsus 3 qayıq, təyyarə və helikopter göndərilib.
Xilasetmə əməliyyatı həyata keçirən qüvvələr 3-ü qadın olmaqla 8 miqrantın cəsədini sudan çıxarıb.
İtkin düşən miqrantların axtarışı davam etdirilir.