Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Şurası maliyyə təşkilatının direktoru vəzifəsinə Kristalina Qeorqiyevanın namizədliyini təsdiq etmək barədə qərar qəbul edib.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə şuranın müşavirəsinin nəticəsinə əsasən yayılmış açıqlamada bildirilir.
"Beynəlxalq Valyuta Fondunun İcraçı Şurası bu gün Kristalina Qeorqiyevanı 2019-cu ilin 1 oktyabrından Beynəlxalq Valyuta Fondunun direktoru və beşillik dövrdə İcraçı Şuranın sədri vəzifəsinə seçib. Bu vəzifədə Kristin Laqardı əvəz etmiş Qeorqiyeva 1944-cü ildən - təşkilatın yarandığı andan BVF tərəfindən bazar iqtisadiyyatının formalaşdırıldığı ölkədən seçilən ilk başçı olacaq", - deyə sənəddə qeyd edilir.
Bolqarıstanda doğulmuş K.Qeorqiyeva fondun rəhbərinin vəzifəsinə yeganə namizəd idi.
Beynəlxalq Valyuta Fondu payızda qurumun direktoru vəzifəsini tutmaq üçün müəyyən edilmiş yaş məhdudiyyətlərini ləğv edib.