Rusiyanın Perm vilayətində Azərbaycan vətəndaşı qanunsuz olaraq külli miqdarda küknar və şam ağacını kəsməkdə ittiham edilir.
2017-ci ilin yayı ilə 2018-ci ilin qışı arasında o, 1,2 min kubmetrdən çox qiymətli meşə ağacını kəsmək üçün iki işçi qrup götürüb.
Məhkəmə meşə “qırıcı”sını 4 il müddətinə azadlıqdan məhrum edib və ondan dövlətin xeyrinə təqribən 690 min manat pulu geri alıb.
Perm ərazisinin Oktyabr Rayon Məhkəməsində Şuçye-Ozero kəndində yaşayan Azərbaycan vətəndaşına qarşı cinayət işi başlanıb.
O, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 260-cı (xüsusilə külli midarda meşə ağaclarının qeyri-qanuni şəkildə budanması) maddəsinin 3-cü hissəsinə əsasən mühakimə olunub.
Maddi ziyanı kompensasiya etmək üçün məhkumun əmlakı - meşə təsərrüfatı texnikası müsadirə edilib.