Iranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində Zahidan-Tehran istiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu İranın Sistan və Bəlucistan valiliyinin ictimai əlaqələr şöbəsinin baş direktoru Cavad Salarzehi deyib. Onun sözlərinə görə. hadisə nəticəsində 3 sərnişin ölüb, 40 nəfər yaralanıb.
Salarzeh qeyd edib ki, qəzaya səbəb güclü külək olub. Belə ki, külək nəticəsində relslərin üzəri qumla örtülüb və vaqonlardan biri aşıb.