Milyarder Cek Ma Çinin "Alibaba" şirkətinin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.
Median.Az Axar.az-a istinadən xəbər verir ki, onu bu vəzifədə Daniel Çjan əvəz edəcək.
Ma 55 illik yubileyi günü vəzifədən gedib. İstefaya baxmayaraq, o, şirkətin əsas fiquru olaraq qalacaq.
"Çjanın Manın dəstəyi olmadan vacib qərarlar qəbul etməsi ehtimalı aşağıdır", - nəşr yazıb.