Rusiyada geniş rezonansa səbəb olan Xaçaturyan bacılarının cinayət işinin növbəti mərhələsi başa çatmaq üzrədir. Hazırda tərəflər işin materialları ilə tanış olma prosesini başa vurublar. Eyni zamanda, qətlə yetirilən Mixailin qızları ilə yazışması da tədqiq edilib.
Rusiyanın “Moskovskiy komsomolets” nəşri yazışmalardan müəyyən hissələri yayımlayıb.
Qeyd etmək lazımdır ki, yazışmaların böyük hissəsi qısaldılıb. Çünki Xaçaturyan qızları ilə ünsiyyətdə qeyri-etik ifadələrdən istifadə edib.
Qətl törədilən yerdə qara rəngli "Samsung" markalı mobil telefon tapılıb. Xaçaturyanın qızları ilə ölümündən əvvəl bir neçə günlük yazışması ailədaxili münasibətlərin necə olduğunu tam çılpaqlığı ilə üzə çıxarır.
Yazışmaya əsasən, 2018-ci ilin 25 yanvar tarixində Mixail gecə saatlarında ortancıl qızı Angelinaya altı dəfə zəng edib. Angelina isə telefona cavab verməyib. O bildirib ki, iti ilə gəzintiyə çıxıbmış və telefonunda internet olmayıb.
Xaçaturyan isə artıq bilet aldığını və evə gələcəyi ilə hədələyib. Bundan sonra isə o, bəyan edib ki, qızın anasına və özünə seksual xarakterli zorakılıq edəcək.
Növbəti yazışma 2018-ci ilin 14 aprel tarixinə aiddir. Növbəti səsli mesajda Mixail Angelinanı küçə sözləri ilə təhqir edir və sonra yazır:
"Hər şeyə görə döyəcəm, öldürəcəm".
Bundan sonra Xaçaturyan ortancıl qızını "fahişə", "cındır" adlandırır və Allahı xatırlayır. Sonra isə "ata" təhqiredici formada qızların anasına, qardaşlarına və özlərinə qarşı seksual xarakterli zorakılıq edəcəyi ilə hədələyir.