Bulvar ərazisində çay qiymətləri: mürəbbə ilə 10 manat - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |    

Bulvar ərazisində çay qiymətləri: mürəbbə ilə 10 manat - VİDEO

Dənizkənarı Bulvar ərazisində fəaliyyət göstərən iaşə obyektlərində "Çay dəstgahı"nın israrla təklif olunması hər il olduğu kimi, bu il də bəzi müştərilərin narazılığına səbəb olub. "Sadə çay" (çay, qənd və limon) sifariş verən müştərilərə iaşə obyektləri tərəfindən məcburi olaraq mürəbbə, şokolad, ləpə və. s verilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Median.Az
xəbər verir ki, bununla əlaqədar “Report”un əməkdaşları bulvar ərazisində olub, iaşə obyektlərindəki real vəziyyətlə və qiymətlərlə maraqlanıb.

Bəzi müştərilər "sadə çay" sifariş edərkən problem yaşamadıqlarını bildirsələr də, bir qismi isə çayın yanında əlavə şirniyyat götürmək məcburiyyətində olduqlarını qeyd ediblər.

İaşə obyektlərindən birinin administratoru "sadə çay"ın yanında şirniyyatı məcburi satmadıqlarını bildirib.

Digər administrator isə vurğulayıb ki, saat 21:00-23:30 aralığında obyektlərin daha çox müştəri qəbul edən vaxtı olur:

“Bəzən 10 nəfər gəlir və iki saat yarım burada otururlar, yaxud oturduqları bir saat müddətində 3 çaynik çay sifariş edirlər. Biz bu müştərilərə çayı 3 manatdan təklif etsək, qazancımız olmayacaq. Obyektin fəaliyyəti üçün kommunal pulu, işçilərin maaşını vermək lazımdır. Bulvar İdarəsinə tabe olan iaşə obyektlərində müştəriyə sifarişinə uyğun olaraq "sadə çay" mütləq verilməlidir.

Hətta yaşlılara, veteranlara səhər 9-dan axşam 6-ya kimi çay pulsuzdur. Onlara nərd, şahmat da verilir. Amma mən yalandan deyə bilmərəm ki, "sadə çay" verirəm. Bizdə çayın qiyməti mürəbbə ilə birlikdə 10 manatdır”.

Bulvar ərazisində daha bir iaşə obyektinin sahibi isə sifariş olduğu təqdirdə "sadə çay" verdiklərini bildirsə də, müştərilər bunun yalan olduğunu söyləyiblər: “Sadə çay" istədik, dedilər mütləq yanında mürəbbə və ya başqa şirniyyat olmalıdır”.

Daha ətraflı videoreportajı təqdim edirik:


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 405 01.07.19 15:06