Canavarın Oğuz hücumunun DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Canavarın Oğuz hücumunun DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - FOTO

Xəbər verildiyi kimi Oguz rayonunun Xaçmaz kəndinə dünən canavar hücum edib.

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, dünənki hadisə yırtıcının həftə ərzində üçüncü hücumu imiş.

Xatırladaq ki, kəndə hücum edən canavar ikisi uşaq olmaqla 4 nəfəri yaralayıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Canavar hücumu nəticəsində 15 yaşlı Namiq Bəkirli başın, üst dodağın, boynun və başın arxa səthindən, 15 yaşlı Tural Məmmədnəbili sol əlin bazu və sol ayağın bud nahiyəsindən, 57 yaşlı İbrahim İslamov sağ əlin üçüncü barmağından və 57 yaşlı Mahirə Məmmədova sağ əlin barmağından xəsarət alıb. Xəstəxanada hər 4 zərərçəkənə də ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub və quduzluq əleyhinə vaksinlər vurulub.

Onu da qeyd edək ki, hadisədən iki gün əvvəl evlərinə gedən digər kənd sakinlərinə yolda ikən canavar hücüm çəkib və sakinlərin əlində olan təsərrüfat əşyalarının hesabına onlara yaxın düşə bilməyən yırtıcı bir nəfəri barmağından qaparaq xırda dişləklə ərazidən qaçmağa müvəffəq olub. Kənd sakini İbrahim İslamov bildirib ki, həmin hadisə günorta baş verib və xoşbəxtlikdən həmin vaxt küçələrdə körpə uşaqların olmaması böyük faciənin qabağını alıb. Lakin faciə dünən baş verib.

Məsələ ilə bağlı rayon Baytarlıq İdarəsi ilə əlaqə yaratdıq və hadisədən sonra hansı tədbirlərin görüldüyünü və hansi tədbirlərin görüləcəyini soruşduq.

Oğuz rayon Baytarlıq idarəsinin rəisi Şavəddin Ramazanov bildirdi ki dərhal məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bölgə üzrə nümayəndəsinin iştirakı ilə iclas olub. Aidiyyatı qurumlara heyvanın vaxtında tapılaraq tələf edilməsi, tələf edilmiş heyvanın başının götürülərək Bakı şəhərinə analiz üçün göndərilməsi barədə tapşırıq verilib.

Heyvanın quduz olması ehtimalı var və xəsarət alan insanların mütəmadi olaraq 3 ay müddətində quduzluq əleyhinə vaksinasiya olunması üçün Şəki rayon Mərkəzi xəstəxanası ilə əlaqə saxlanıldığı qeyd olunub.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 577 29.06.19 19:57