Restoranlar müştərini necə aldadır? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Restoranlar müştərini necə aldadır? – VİDEO

Paytaxtdakı istirahət mərkəzlərindən birində xidmət haqqına görə əlavə pul alınıb. 51 manatlıq sifariş verən müştəriyə yekun olaraq 73 manatlıq hesab gəlib. Vətəndaşdan əlavə 22 manat pulun çıxılmasını əks etdirən hesabın fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Məncə o restoranın müdiriyyətindən asılı olan bir şeydir. Yəni onu heç kim məcbur edə bilməz ki, bu xidmət haqqını ödəməlidir, yoxsa yox. Restoranda o xidmət haqqı ödənilməsi barədə məlumat verilərsə, ödənilməlidir”.

Bəs Azərbaycanda müştəridən hesabdan əlavə xidmət haqqı çıxılması qanunla tənzimlənirmi? AİB sədri Eyyub hüseynov deyir ki, ölkəmizdə mal və xidmətlərin satışı üçün qiymətlərin tənzimlənməsi mexanizmi yoxdur. Dövlət müəssisələrində mal və xidmətlərin qiymətləri Tarif Şurası tərəfindən təznimlənir. Digər bazar iqtisadiyyatı subyektlərinin müəyyən etdiyi qiymətlərə dövlətin hansısa formada müdaxilə etmək imkanı yoxdur.

Ekspertlərin sözlərinə görə hələ bu harasıdır. Bəzi kafe və restoranlarda ödənişlər oturduğun stolun olduğu yerə görə dəyişir. Bəli, əgər sənin oturduğun masa pəncərənin yanında dənizə baxırsa, sən sonda ödəniş edərkən, oturduğun stola görə də əlavə ödəniş etməlisən.

Eyyub Hüseynov - AİB Sədri: “Üzü dənizə tərəf oturmusansa, 20 manat pul ver. Biznes etikasına zidd olan bir məsələdir. Həmin ərazi biznes qurumun ərazisidir. Ola bilər ki, öncədən bunu istehlakçıya deməklə bəlkə də buna biraz haqq qazandırmaq olar. Düşünürəm ki, Azərbaycanda biznes qurumlar üçün yaradılmış kifayət qədər rahat şəraitdən biznes qurumlar sui-istifadə edirlər”.

Ekspertlərin sözlərinə görə, dünya təcrübəsində, adətən, xidmət haqqı ümumi hesabın 10 faiz dəyəri ilə ölçülür. Xüsusilə də iaşə obyektlərində təklif edilən məhsullara qiymət və xidmət haqqı mövcuddur. Məsələn, menyunun dəyəri 30 manatdırsa, bu zaman əlavə 3 manat xidmət haqqı müəyyənləşdirilir. Amma bu, qanunvericiliklə tənzimlənə bilən bir qiymət deyil. Ölkəmizdə isə qısa müddətli dövrdə daha çox qazanc əldə etmə təşəbbüsü göstərən sahibkarların sayı kifayət qədərdir. Bu da təklifin azlığından, biznes təfəkkürünün tam təşəkkül tapmamasından, uzunmüddətli inkişaf strategiyasının olmamasından qaynaqlanır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 726 28.06.19 17:33