Bakıda dilənçiyə zor tətbiq edilməısi ilə bağlı RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Bakıda dilənçiyə zor tətbiq edilməısi ilə bağlı RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Bakı metrosunda polis əməkdaşlarının dilənçi qadına zor tətbiq etməsinə dair sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə əksini tapan, dilənçiliyi nəinki özünə, hətta övladına da həyat və dolanışıq vasitəsi kimi seçmiş Ağdaş sakini Nuridə Quliyeva və azyaşlı oğlu ötən gün səhər saatlarında Bakı metrosunun “Nərimanov” stansiyasının keçidində dilənərkən ərazidə xidmət aparan metro polisinin əməkdaşları tərəfindən saxlanılmış, belə halın qanunsuz olduğu nəzərinə çatdırılmaqla ərazini tərk etməsi tələb olunub:

“Lakin Nuridə Quliyeva polisin qanuni tələbinə məhəl qoymayaraq bu qanunsuz əməllə məşğul olmağında israr edincə əməkdaşlar onu və uşağını ərazidən uzaqlaşdırılmaq məcburiyyətində qalıb, bu zaman qadın əsassız yerə hay-küy salmaqla, ictimai asayişi pozmağa cəhd edib. Bu yolla ətrafdakıların diqqətini özünə cəlb etməklə qanun keşikçilərini qınaq obyektinə çevirmək, onları öz xidməti vəzifələrini yerinə yetirməkdən imtinaya məcbur etmək istəyib. Xatırlatmaq istərdim ki, Nuridə Quliyeva əvvəllər də anoloji əməllərinə görə metro polisinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub. Lakin bu dəfə də polis əməkdaşları qadını və azyaşlı övladını ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

O.Mansurzadə həmçinin qeyd edib ki, sonuncu hadisədən öncə N.Quliyeva azyaşlı övladı ilə metronun “Nərimanov” və digər stansiyaların keçidlərində bir neçə gün fərqi ilə dəfələrlə saxlanılıb və xəbərdarlıq edilməklə sərbəst buraxılıb: “Lakin qeyd olunduğu kimi, adıçəkilən qadın həmin tənbeh tədbirlərindən heç bir nəticə çıxarmayıb, əksinə yenə də eyni əməllərlə məşğul olmaqda israrlı görünür”.

Avara və dilənçiliyə qarşı tədbirlərin davam etdiriləcəyini qeyd edən O.Mansurzadə bu ilin ötən dövründə analoji hallara görə Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən 61 nəfərin saxlanıldığını, həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 523.1-ci maddəsi ilə müvafiq tədbir görüldüyünü də sözlərinə əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakı metrosunda polis əməkdaşlarının dilənçi qadına zor tətbiq etməsinə dair görüntülər yayılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 540 27.06.19 19:46