“Xaliq Faiqoğlu” məhkəməyə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |    

“Xaliq Faiqoğlu” məhkəməyə verildi

“Bakı Sığorta” ASC “Xaliq Faiqoğlu” MMC-ni məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC MMC-dən ümumilikdə 2154 manat sığorta ödənişi məbləğinin tutulmasını istəyib.

İddiaçı tələbini onunla əsaslandırıb ki, 26.08.2015-ci il tarixində Bakı şəhəri Tbilisi prospektində, “Xaliq Faiqoğlu” MMC-nin mülkiyyətində olan “Daewoo BS 090” markalı, 10-TG-344 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Asəf Tağıyev yol-nəqliyyat hadisəsi törədib. Nəticədə “Bakı Sığorta” ASC-də sığortalanmış “Honda Accord” markalı, 50-CH-233 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyib.

Hüquq-mühafizə orqanları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, A.Tağıyev yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs kimi müəyyən edilib.

Bu hadisə ilə bağlı “Bakı Sığorta” ASC tərəfindən “Honda Accord” markalı avtomobilə dəymiş zərərlə əlaqədar müvafiq sığorta müqaviləsi şərtlərinə uyğun olaraq 2117 manat sığorta ödənişi həyata keçirilib.

Sözügedən zərərin aradan qaldırılması üçün iddiaçı ödədiyi 2117 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olub.

Məhkəmə iddianı qismən təmin edib.

Qərarda göstərilib ki, “Xaliq Faiqoğlu” MMC-dən sığorta ödənişinin əvəzi kimi ümumilikdə 1058 manat məbləğində pul vəsaiti alınaraq, iddiaçı “Bakı Sığorta” ASC-yə ödənilsin.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 253 27.06.19 17:45