Bağçalarda qidalanmaya nəzarət gücləndirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Bağçalarda qidalanmaya nəzarət gücləndirilir

Yay mövsümünün başlanması ilə əlaqədar bağçalarda uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən monitorinqlər aparmaq üçün tədbirlər planı hazırlanır.

Bu barədə oxu.az-a agentliyin mətbuat katibi Aysel Fərziyeva məlumat verib.

Onun sözlərinə görə, məktəbəqədər yaşlı uşaqların rasional və təhlükəsizlik qaydalarına uyğun qidalanması əhalinin və gələcək nəsillərin sağlamlığının təmin olunması üçün vacib şərtdir və strateji əhəmiyyət daşıyır:

“Gələcək nəsillərin sağlam böyüməsi və uşaqların fiziki cəhətdən normal inkişafını təmin edən ən vacib komponent onların düzgün qidalanması ilə bağlıdır. Özündə gündəlik lazımi qida dəyərini ehtiva edən qida maddələrindən ibarət balanslaşdırılmış qida rasionu uşaq orqanizminin böyüməsi və normal inkişafını təmin edir.

Düzgün qidalanma, xüsusilə, uşaqların immunitetinə müsbət təsir etməklə orqanizminin dözümlülüyünü artırır, onların psixoloji cəhətdən düzgün inkişafına əlverişli şərait yaradır. Odur ki, uşaq bağçalarının təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və uşaqların sağlam qidalanması çox böyük əhəmiyyət kəsb edir”.

Qurum rəsmisi onu da qeyd edib ki, əksər bağçalar istirahət və bayram günləri istisna olmaqla, uzadılmış iş rejimində, bir hissəsi isə sutkalıq fəaliyyət göstərdiyindən uşaqların vaxtının çoxu bu müəssisələrdə keçir:

“Bütün bunları nəzərə alaraq, uşaqların düzgün qidalanmasına nəzarət məqsədilə bağçalarda monitorinqlər aparılması və bu sahədə təhlükəsizliyin təmin olunması qarşımızda duran əsas məqsədlərdən biridir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 464 27.06.19 11:17