Lənkəranda 16 yaşlı yeniyetmə ikinci mərtəbədən yıxılaraq xəsarət alıb.
Median.Az-ın report-a istinadən verdiyi xəbərə görə hadisə Separadi kəndində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü Elşad Bəhruz oğlu Ağayev kəndlərindəki istifadəsiz çay fabrikinin binasında yoldaşları ilə oynayarkən ehtiyatsızlıqdan yerə yıxılıb. Lənkəran rayon Mərkəzi Xəstəxananasına çatdırılan E.Ağayevə qapalı kəllə-beyin travması və sol çənə hahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.