Bakı bulvarının soyğunçuları - Onlardan turistlər də narazıdır! » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:06 Azərbaycanda valideyn uşağına bu adı qoymaq istədi, icazə verilmədi  |     23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |    

Bakı bulvarının soyğunçuları - Onlardan turistlər də narazıdır!

Havalar isindikcə, heç kim evdə oturmaq istəmir, axsamlar şəhər gəzintisinə çıxır. Bakıda gəzməyə çoxlu yer olsa da, ən ideal məkan Xəzərin sahilində yerləşən Bakı bulvarıdır desək, yanılmarıq. Paytaxt sakinləri və qonaqlar fürsət tapdıqca, Bakı bulvarını gəzməyə çalışırlar.

Təbii ki, gəzintiyə çıxanlar elə dəniz sahilində çay içmək də istəyir. Ancaq "Milli park” adlandırdığımız bulvarda çay qiymətləri elədir ki, bəzən bu, istəyə mane olur. Belə ki, bulvarın pik saatlarında sadə çay tapmaq mümkünsüz məsələyə dönür. Restoran sahibləri sadə çay verməkdən imtina edərək, çayın yanında mürəbbə və şokolad təklif edir ki, bunun da minimum qiyməti 7 manat olur. Bulvardakı bir çox yerlərdə isə sahibkarlar sadə çaya qadağa qoyaraq, yalnız dəstgahla verirlər. Çay dəstgahının qiyməti isə minimum 20 manatdır. Yəni iki nəfərlə oturub çay içmək 20 manata başa gəlir. Bu vəziyyət yerli sakinlərlə yanaşı, Bakıya gələn turistlərin də narazılığına səbəb olur.

Məsələ ilə bağlı Modern.az-a danışan Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, onlara da bulvarda verilən çayın qiyməti ilə bağlı kifayət qədər şikayət daxil olur:


"Bu, soyğunçuluğun başqa bir formasıdır. Bununla bağlı biz 3 il əvvəl Dənizkənarı Bulvar İdarəsinə rəsmi məktub göndərmişdik. Həmin məktubdan sonra bir müddət qiymətlərə nəzarət olundu, şikayətlər azaldı”.

Eyyub Hüseynovun sözlərinə görə, sahibkarlara bu məsələ ilə bağlı müraciət edəndə yüzlərlə bəhanə gətirirlər:

"Amma onların aqrumentləri əsassızdır, bununla turizmə də ciddi ziyan vururlar. Bu məsələ ilə İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hansısa addım atmalıdır, monitorinq keçirməlidir.Təəssüf ki, heç bir ciddi iş görülmür. Bulvarda başladılan bu "soyğuçuluq” ənənəsi xərcəng xəstəliyi kimi şəhərin bir çox yerinə də yayılıb. Artıq bir çox parklarda sadə çay vermək ənənəsi ortadan qalxıb. Çay istəyirsən, yanında mürəbbə, dəstgah gətirirlər. Bəlkə mən istəmirəm, cibimdə 20 manatım yoxdu, nə etməliyəm? Bu məsələyə İqtisadiyyat Nazirliyi ciddi nəzarət etməlidir. İndi elə bir şərait yaradırlar ki, ölkəyə gələn turist bir də gəlmək istəmir. Bütün bu məsələlər bir-birinə zəncirvari bağlıdır”.

AİB sədri bildirb ki, sahibkarlıq obyektləri pul qazancaq deyə, istehlakçıların hüququ pozulmamalıdır.

"Biz son zaman şikayətlərin artdığını müşahidə edirik. Bunun üçün Dənizkənarı Bulvar İdarəsinə yenidən rəsmi məktubla müraciət etməyi düşünürük”.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı deyib ki, Milli parkdakı kafe və çayxanaların heç biri Dənizkənarı Bulvar İdarəsinə aid deyil:


"Onlar sadəcə burada ərazidən istifadə edirlər. İctimai iaişə obyekti kimi Bulvar İdarəsinə məxsus deyil. Oradakı qiymətləri də restoranları işlədənlər müəyyən edirlər. Biz sadəcə onlara tövsiyə edirik ki, qiymətlər insanların istəyinə uyğun olsun. Qiymətləri onlar tənzimləyir, ona görə də Dənizkənarı Bulvar İdarəsi hərhansı qiyməti müəyyən etmək səlahiyyətinə malik deyil”.//sfera.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 262 26.06.19 21:55