Azərbaycanda tələbələr imtahan cavablarını oğurladı, nəticələr ləğv edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:13 Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     13:11 İrandan Azərbaycana 16 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısını alınıb  |     13:11 2025-ci il üzrə ipoteka kreditləşməsi üçün limitlər ayrılıb  |     13:05 Hovuzda boğulduğu deyilən yeniyetmənin qardaşı: "Ev yiyəsi kameranı qırıb" - FOTO  |     13:03 Ağdaşda beş yaşlı uşağın həyatı termometrə görə təhlükəyə düşdü  |     13:00 Bakının bəzi rayonlarında su olmayacaq  |     12:58 Polis saxta araq hazırlayan dəstəni ifşa etdi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:57 USAID-ə yeni direktor təyin edildi  |     12:51 İmişlidə qadının qaçırılma səbəbi MƏLUM OLDU (YENİLƏNİB)  |     12:48 İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb  |     12:48 Nazirlik: "Azərbaycanda qrip və digər respirator viruslara yoluxma halları müşahidə olunur"  |     12:47 Egeydən sonra Aralıq dənizində də zəlzələ baş verib  |     12:46 Bakıda baş verən ağır qəzanın GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:43 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri vəzifəsindən azad edildi  |     12:41 Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldılar - BİRGƏ ƏMƏLİYYAT (VİDEO)  |     12:40 Laçında yük avtomobili aşıb: Ölən var  |     12:39 Bakıda qadın sürücü 87 yaşlı kişini vuraraq öldürüb  |     12:28 Bu gün keçiriləcək görüşlərin AFİŞASI  |     12:26 Hava yağmursuz keçib - FAKTİKİ HAVA  |     12:25 Ərdoğanın Suriyaya səfəri gözlənilir  |    

Azərbaycanda tələbələr imtahan cavablarını oğurladı, nəticələr ləğv edildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edərək, imtahan suallarını götürüblər.

Universitetdən oxu.az-a verilən məlumata görə, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.

UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də, bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə edildiyi müəyyən olunub.

Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imtahanların keçirilməsinə dair qərar qəbul edilib.

Bundan başqa, hadisə ilə bağlı ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və 21 iyun tarixində ikinci kurs üzrə təhsil alan bütün tələbələrlə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 998 25.06.19 12:15