Vilayət Eyvazov Ramil Usubovun yeni vəzifəsindən danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Vilayət Eyvazov Ramil Usubovun yeni vəzifəsindən danışdı

İyunun 22-də Daxili İşlər Nazirliyində (DİN) nazir müavinlərinin, baş idarə, idarə və paytaxtın polis orqanları rəislərinin iştirakı ilə Naziryanı əməliyyat müşavirəsi keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Müşavirəni giriş sözü ilə açan Daxili İşlər naziri, polis general-leytenantı Vilayət Eyvazov respublikanın daxili işlər orqanlarına 25 ildən artıq bir müddətdə rəhbərlik etmiş general-polkovnik Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi kimi yüksək dövlət vəzifəsinə təyin edilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarına böyük etimadının daha bir əyani ifadəsi olduğunu vurğulayıb.

Nazir V.Eyvazov Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan daxili işlər naziri bu sırada polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin, bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.

Həmçinin, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin, bu mühüm istiqamətlərdə fəaliyyətin təşkilinə Nazirliyin aparatının struktur qurumlarının, ərazi orqanlarının və nizami polis hissələrinin rəhbərliyinin böyük məsuliyyət hissi ilə yanaşmasının, cinayətlərin qarşısının vaxtında alınması, açılması funksiyalarının ciddi nəzarətdə saxlanılmasının və layiqincə həyata keçirilməsinin vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Eyni zamanda, qeyd edilib ki, şəxsi heyətin Heydər Əliyev ideallarına sədaqət ruhunda tərbiyə olunması işi davamlı aparılmalı, vətəndaşların müraciətlərinə baxılmasına, qəbuluna daim xüsusi həssaslıqla yanaşılmalı, cinayətlərdən zərər çəkmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı məsələlərin həllində hər zaman operativlik göstərilməlidir. İnsanların hüquqları, azadlıqları, qanuni mənafeləri yüksək səviyyədə qorunmalı, bu iş bütün struktur qurumlarda rəhbər heyətin şəxsi nəzarəti altında gündəlik həyata keçirilməlidir.

Müşavirənin yekununda nazir Vilayət Eyvazov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tələb və göstərişlərinə uyğun olaraq ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi, polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 717 24.06.19 15:20