Leyla Əliyeva Minskdə II Avropa Oyunlarının açılış mərasimini izləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Leyla Əliyeva Minskdə II Avropa Oyunlarının açılış mərasimini izləyib

İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Dinamo Arena”da keçirilən açılış mərasiminə bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə baxıblar.

II Avropa Oyunları açılış mərasiminə geri sayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edilib. Belarusun canlı orkestrinin ifası altında bu ölkənin dövlət himni səsləndirilib, bayrağı ucaldılıb. Sonra Avropa Oyunlarında iştirak edən komandaların paradı başlayıb. Minskdəki Oyunların paradında dörd il əvvəl Bakıda olduğu kimi Yunanıstan təmsilçiləri yenə birinci olub. Daha sonra digər ölkələr latın əlifbasındakı ardıcıllıqla parada çıxıblar.

Azərbaycan millisinin paradında bayrağımızı cüdoçumuz Rüstəm Orucov apardığı halda, onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər. Azərbaycan millisi paraddan 6-cı keçib.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Belarusun tarixi şəxsiyyətləri və tarixini özündə cəmləyən kompozisiyalar izləyicilərin marağına səbəb olub. Belarusun ayrı-ayrı dövrlərindəki tarixi şəxsiyyətlərin tanıtım videoçarxı yayımlanıb.

BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra Olimpiya çempionlarının iştirakı ilə Avropa Olimpiya Komitəsinin bayrağı gətirilərək “Dinamo Arena”dan asılıb. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç çıxış edərək bildirib ki, bu irimiqyaslı idman yarışında 50 ölkənin atletləri iştirak edir. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan Y.Kosyançiç idmançılara uğurlar arzulayıb.

Konsert zamanı Azərbaycanın Əməkdar artisti, tanınmış opera müğənnisi Yusif Eyvazov və Anna Netrebko da ifa ediblər.

Bundan sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edərək bu gün bütün avropalıların idman bayramı olduğunu söyləyib. Tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında əziyyəti olan hər kəsə təşəkkürünü bildirən Belarus Prezidenti II Avropa Oyunlarında iştirak edən atletlərə uğurlar arzulayıb. Sonra Aleksandr Lukaşenko II Avropa Oyunlarını açıq elan edib.

Açılış mərasiminin sonunda Olimpiya məşəli yandırılıb və atəşfəşanlıq olub.

Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya millisi tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus millisi isə “Bakı 2015”də 43 medalla (10-11-22) yeddinci olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 665 22.06.19 13:27