Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlandı - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Azərbaycanın ən yaxşı məktəblərinin adları açıqlandı - SİYAHI

Liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1.09%-i ötən ilin qəbul imtahanlarında 200 baldan aşağı nəticə göstərib.

Median.Az
Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.

Qeyd olunub ki, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 79.78%-dir.

Qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən "Oxbridge Academy" ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Bakı İstedadlar Təhsil Kompleksinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.

Ölkə üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Heydər Əliyev adına lisey, Ak. Z.Əliyeva adına lisey, Ak. Zərifə Əliyeva adına liseyin V korpusu, Fizika-Riyaziyyat təmayüllü lisey, Bakı Avropa liseyi, BDU-nun nəzdində "Gənc istedadlar" liseyi, Kimya-biologiya təmayüllü lisey, Kaspi liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey, T.İsmayılov adına "İntellekt" məktəb-liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, "Ankara Məktəbi" məktəb-liseyi, 289 saylı tam orta məktəb - "Zəngi" liseyi, "Evrika" liseyi, M.Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Gimnaziyanın II korpusu, İ.Əfəndiyev adına "Elitar" gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Bakı MODERN məktəbi, "Təlim" firmasının nəzdində tam orta məktəb, "Xabad Or Avner" tədris kompleksinin nəzdində orta ümumtəhsil məktəbləri daxil olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 346 21.06.19 22:49