Yunanlar və ermənilər Bakıdakı beynəlxalq tədbirə niyə gəlmədilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Yunanlar və ermənilər Bakıdakı beynəlxalq tədbirə niyə gəlmədilər?

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyasını yüksək səviyyədə təşkil etdi, tədbirdə 10 ölkə təmsil olundu.

Bunu jurnalistlərə açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev bildirib.

A.Hacıyev Yunanıstan və Ermənistan nümayəndə heyətlərinin QDİƏT PM-in 53-cü Baş Assambleyasında iştirak etməməsinə də münasibət bildirib. O qeyd edib ki, Yunanıstanda parlament seçkiləri keçirilir:

“Artıq Yunanıstan parlamenti buraxılıb, ona görə də bu Assambleyada Yunanıstan nümayəndə heyəti iştirak etmədi. Ermənistan nümayəndə heyəti isə, həmişə olduğu kimi, dəfələrlə bizdən təhlükəsizliklə bağlı zəmanət məktubları istədi. Həmin məktub onlara təqdim edildi.

Qurumun Beynəlxalq Katibliyində Ermənistanın nümayəndəsi var, o da bu tədbirdə iştirak etdi. Azərbaycan bir daha dünyaya göstərdi ki, ölkəmizdə hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır”.

Ermənistan tərəfi düşünürdü ki, biz onlara məktub verməyəcəyik, onlar da dünyaya səs salacaqlar. Bundan əvvəl Bakıda keçirilmiş tədbirə görə də dəfələrlə məktub istədilər, məktub göndərildi, lakin dedilər ki, məktub göndərilməyib. Biz onlara sübut etdik ki, məktub göndərilib və axırda özləri də təsdiqlədilər. Sonra Ermənistan nümayəndə heyəti bildirdi ki, məktub gəlib, ancaq parlamentin dəftərxanasında itirilib. Bu, qeyri-ciddi hərəkətdir. Ermənilər oyun oynayırlar”, - deyə A.Hacıyev əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 142 21.06.19 12:41