Bu gün səhər saatlarında Qax rayonunda zəlzələ baş verib.
Yeraltı təkanlar təqribən 07:40-da Güllük kəndində qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, zəlzələ 5-7 saniyə davam edib.
Zəlzələ 4 bala qədər hiss olunub.
Qeyd edək ki, 2012-ci il mayın 7-də şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Güllük kəndində də xeyli sayda fərdi yaşayış evləri və sosial obyektlər dağılmışdı.
/oxu.az/