Uşaqlara alça və çiyələk verməyin! - Xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Uşaqlara alça və çiyələk verməyin! - Xəbərdarlıq

May ayı gələr-gəlməz çiyələk, alça artıq satışa çıxarılır.

Qiymətləri baha olsa da, iştahı çəkən və alıb yeyənlər də az deyil. Ancaq hamımız bilirik ki, hazırda satışda olan çiyələk və alça təbii şəkildə yox, istixanada yetişdirilib. Bu meyvələrin sağlamlığa ziyanı bilinsə də, bəzi valideynlər azyaşlı uşaqlarına alıb yedizdirməkdən ehtiyat etmirlər.

"Uşaqdır, tamahı çəkdi, alıb verdim" kimi bəhanələri də var. Süni yetişdirilən məhsulların "zəhərlənmə" təhlükəsini nəzərə alan isə yoxdur.

Ailem.az bu haqda tanınmış pediatr Vaqif Qarayevin fikirlərini öyrənib. Həkim valideynlərə hazırda satılan çiyələk və alçanı yedizdirməməyi məsləhət görür.

Hər iki giləmeyvənin faydalarını inkar etməyən V.Qarayev deyir ki, hazırda satışda olan çiyələk və alçanı uşaqlara vermək olmaz: "Uşaq orqanizmi üçün faydalı olan bu giləmeyvələri mövsümündə yemək lazımdır. İndi satışda olan çiyələk və alça istixana məhsuludur. Çiyələyin daha da qırmızı, alçanın böyük olması üçün mütləq tərkibinə kimyəvi maddə vurulub. Süni yolla yetişdirildiyində isə çiyələk və alçanın faydasından əsər qalmır. Ancaq vaxtında, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır. Tərkibi vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı çox faydalıdır. Odur ki, hər meyvəni vaxtında yemək lazımdır".

Süni yolla yetişdirilən istənilən məhsulun sağlamlığa zərərli olduğunu vurğulayan V.Qarayev əlavə edib ki, hər bir meyvə, ya tərəvəz təbii yolla yetişəndə onun orqanizmə faydalarından yararlanmaq mümkün olur: "Süni yolla yetişdirilən qida sadəcə qəşəng görünüşə malik olur, dadı isə yoxdur. İstixanada süni yolla yetişdirilən məhsullar mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir".

Pediatr qeyd edib ki, indi bazarlara nəzarət yoxdur: "Baxırsan ki, bazarda satılan pomidorlar qıpqırmızıdır. Axı necə ola bilər ki, mayda pomidor o cür qızarsın. Bir qidanı nə qədər optimal temperaturda saxlasan belə, tərkibinə kimyəvi maddə vurulmasa, o cür qızarmaz. Hər kəs bunun təhlükəsindən xəbərdar olmalıdır".

"Əsasən 2 yaşdan sonra uşaqlara çəkinmədən çiyələk və alça, eləcə də onlardan hazırlanmış kompotlar vermək olar. İndi uşaqlar allergiyalı dünyaya gəldiyindən valideynlər onlara şirin qida verməkdən ehtiyat edirlər. Çiyələk allergiyaya səbəb olan giləmeyvə olduğundan, əvvəlcə uşağın çiyələyə qarşı allergiyasının olub-olmadığı yoxlanmalıdır. Yoxdursa, verilməsində heç bir problem yoxdur. Bəzi düşüncələrə görə də, uşağa 5 yaşından sonra kompot verilə bilər. Amma 5 yaşdan öncə də kəm şirin kompotlar vermək olar".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 331 15.06.19 22:16