Paytaxtın Şamil Əzizbəyov, 124 ünvanında iri gövdəli ağacın aşması ilə bağlı bizə heç bir müraciət daxil olmayıb.
Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, daha əvvəl də həmin ərazi ilə bağlı hər hansı müraciət qeydə alınmayıb.
“Belə bir müraciət daxil olan zaman əməkdaşlarımız əraziyə baxış keçirir. Mövcud vəziyyət nəzərə alınaraq, lazım olan bütün zəruri qabaqlayıcı tədbirlər görülür”.
***
Bu gün səhər saatlarında paytaxtın Şamil Əzizbəyov, 124 ünvanında iri gövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Zərərçəkən şəxsin sözlərinə görə, ağac qəzalı vəziyyətdə olub və bununla bağlı sakinlər dəfələrlə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat veriblər.
Qeyd edək ki, hazırda qəzanın fəsadları aradan qaldırılır.