İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə İmişli rayon Təhsil şöbəsindən məlumat verilib.
Şöbədən bildirilib ki, məktəbin direktoru döyülməyib: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib. Bu, uydurmadır".
Qeyd edək ki, "Son zəng" tədbiri zamanı İmişli rayon 1 saylı orta məktəbin direktoru Akif Quliyevin şagirdlər tərəfindən döyülməsi və xəsarət alması, hətta hüquq-mühafizə orqanlarının da bu işə qarışması barədə məlumatlar yayılıb.