Azərbaycanda yüksək vəzifədə çalışan xanımlar - Onların sayı nə qədərdir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Azərbaycanda yüksək vəzifədə çalışan xanımlar - Onların sayı nə qədərdir?

Azərbaycanda yüksək vəzifələrdə çalışan qadınların sayı açıqlanıb.

Milli Məclislə TÜRKPA-nın birgə təşkil etdiyi “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” adlı beynəlxalq konfransda çıxış edən parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, qadınların həm dövlət, həm özəl sektor, həm bələdiyyə, həm də ali qanunverici orqanda xüsusi çəkisi ildən-ilə artır.

O, ölkənin Birinci vitse-prezidentnin də xanım olduğunu xatırladıb:

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Həmçinin dövlət komitələrindən birinin sədri, nazir müavinlərindən üçü qadındır. Bununla yanaşı, Azərbaycanın insan hüquqları üzrə müvəkkili qadındır. Milli Məclisin üzvlərindən 20-si qadın parlamentaridir, eyni zamanda, Milli Məclis sədrinin müavinlərindən biri xanımdır.

Bundan başqa, 85 rayon və şəhər üzrə icra başçılarının birinci müavinlərinin 74-ü xanımdır, o cümlədən, Abşeron rayon İcra Hakimiyyətinin başçısı qadındır”.

O əlavə edib ki, məhkəmə-hüquq sistemində, hakim korpusunda çalışanların 14 faizi qadınlardır.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 259 14.06.19 16:48