"Semaşko”da xəstəni qohumları xadiməni döyüblər.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən 1 saylı şəhər klinik xəstəxanasının toksikologiya şöbəsində xadimə işləyən 1968-ci il təvəllüdlü Əliyeva Güləbatın Allahverdi qızı iş vaxtı orada xəstə yanına gəlmiş naməlum şəxs tərəfindən döyülüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.