İmişli rayonunda 62 yaşlı kişi kanalda boğulub.
Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.
Kənd sakini, 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu su kanalında çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.