Avtobuslar kobud qayda pozur - BNA hara baxır? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:17 “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - Şikayət  |     22:33 Bakıda 32 yaşlı kişi özünü asdı  |     22:22 "Qalatasaray"da ciddi itki  |     21:55 Bakıda daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır  |     21:49 Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"  |     21:34 Bakıda onlarla binanı işıqsız qoyan şəxs ələ keçdi - VİDEO  |     21:24 Bakıda süpürgəçi parkda ÖLDÜ  |     21:13 Bakıda üçüncü sinif şagirdi qızlara qarşı qeyri-etik hərəkətlər etdi: İşə polis qarışdı  |     20:50 Doqquz tiktoker həbs olundu - ADLAR  |     20:36 Sabunçuda naməlum şəxs kompleksin gözətçisini HƏDƏLƏDİ: 10 min manatlıq oğurluq ETDİ  |     20:08 Maduro üçüncü dəfə Venesuela prezidenti oldu  |     19:53 DİN-dən silsilə ƏMƏLİYYATLAR: Çox sayda SAXLANILAN VAR - VİDEO  |     19:38 Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı  |     19:18 İsrail HƏMAS-ın məhvi ilə bağlı plan hazırlayacaq  |     18:39 Ötən il hər gün 154 yeni "Bitcoin" milyonçusu qeydə alınıb  |     18:26 Meşə yanğınları nədən baş verir? - Ekoloqdan açıqlama  |     18:18 Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi  |     17:59 Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı  |     17:25 Daha bir "tiktok"er həbs edildi  |     15:29 Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib  |    

Avtobuslar kobud qayda pozur - BNA hara baxır? - VİDEO

Bakıda növbəti dəfə avtobusların kobud qayda pozuntusu kameraya düşüb.

30 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 90 - ZX - 255 dövlət nömrə nişanlı avtobus və 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus qarşı yola çıxaraq qəza vəziyyəti yaradıb.

Avtobuslar Kövkəb Səfərəliyava küçəsində 12.06.2019 tarixində saat 13:28-də kobud şəkildə qaydaları pozur. Nəqliyyatın intensiv hərəkət etdiyi vaxtda bütün hərəkəti dayandıran avtobuslar qaydalara məhəl qoymur. Sərnişin dolu avtobuslar insanların təhlükəsizliyini heçə sayaraq kobud şəkildə qaydaları pozur.

Maraqlısı ondadır ki, bu ünvanda avtobusların necə gəldi manevr etməsi halı ilk dəfə deyil ki, müşahidə edilir. Bir müddət öncə də “BakuBus”ın avtobusları eyni küçədə kobud qayda pozuntusuna yol vermişdi.

Göründüyü kimi, sərnişinlərlə dolu avtobusların sürücüləri məsuliyyətsiz davranışlarını düzəltmək fikrində deyil. Anoloji hal müxtəlif vaxtlarda yenə də təkrarlanır. Bu cür neqativ halların qarşısını almaq isə Bakı Nəqliyyat Agentliyinin üzərinə düşür. Ancaq təəssüflə deyə bilərik ki, son zamanlar ictimai nəqliyyatda bu cür halların artması xoşagəlməz hadisələrin və qəzaların baş verməsinə səbəb olur.

//Baku.ws


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 929 12.06.19 16:25