Binə və Sədərəkdə vergidən yayınmalarla bağlı tədbir görülür - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Bunu etsəniz, daha az yemək yeyəcəksiniz  |     21:47 Kaya Kallas Azərbaycana səfər edəcək  |     21:25 Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - Pul ayrıldı  |     21:17 ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır  |     21:11 Azərbaycanda qadın o qədər təzyiq dərmanı içdi ki, öldü  |     20:57 Komaya düşən sabiq nazirin son durumu açıqlandı  |     20:49 Biləsuvarda 19 yaşlı gənc mikroavtobusda bıçaqlanıb  |     20:33 ​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB  |     20:26 Yanacağa qənaət etməyin 10 SADƏ YOLU  |     20:21 Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb  |     20:13 Xəzər dənizində zəlzələ olub  |     20:07 Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib  |     20:01 Zelenski: ABŞ-nin Ukraynaya hərbi yardımı dayandırılmayacaq  |     19:53 KİV: Almaniyalı mühəndis 120 gün sualtı kapsulda yaşayıb  |     19:48 Bakıda yol qəzası olub, svetofor yararsız vəziyyətə düşüb - VİDEO  |     19:40 Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar  |     19:33 "Mançester Yunayted" tarixinin ən gənc oyunçusu vəfat edib  |     19:25 Sumqayıtda qadına məxsus avtomobil yanıb  |     19:19 Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb  |     19:12 ABŞ-də 730 mindən çox məktəbli ölkədən deportasiya edilə bilər  |    

Binə və Sədərəkdə vergidən yayınmalarla bağlı tədbir görülür - AÇIQLAMA

Binə və Sədərək kimi ticarət mərkəzlərində faktiki sahibkarların vergidən yayınma hallarının aradan qaldırılması üçün tədbirlər görülür.

Bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyinin İqtisadi Təhlil və Ekspertiza Departamentinin baş direktoru Natiq Şirinov deyib.

Onun sözlərinə görə, əvvəllər malların bazarlarda faktiki sahibkarlar tərəfindən sənədsiz satılması həyata keçirilirdi və bu, dövriyyələrin şəffaflaşmasına ciddi əngəllər yaradırdı:

“Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb ki, idxal-ixrac sahəsində şəffaflaşma təmin olunsun. Öz növbəsində Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə və İqtisadiyyat Nazirlikləri tərəfindən müvafiq addımlar atılıb”.

Nazirlik rəsmisi əlavə edib ki, hazırda karqo şirkətləri sırf daşıma ilə məşğuldur və ölkəyə idxal olunan mal və məhsullar faktiki sahibkarın adına rəsmiləşdirilir:

“Bu da imkan verir ki, ölkə boyu dəyər zəncirinin qorunmasında olan əngəllər aradan qaldırılsın. Yəni mallar karqo şirkətləri tərəfindən idxal olunur. Onlar daşımadan öz mənfəətini əldə edirlər.

Həmin mallar faktiki sahibkarların öz adına rəsmiləşdirildiyinə görə, növbəti mərhələlərdə dövriyyələrin şəffaflaşması aparılır. 2018-ci ilin beş ayı ərzində həm dövriyyələrin şəffaflaşmasında, həm də e-qaimələrlə rəsmiləşmənin artırılmasında müvafiq olaraq daxilolmalarda ciddi artımlar olub”.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 057 12.06.19 12:40